HƏMAS ABŞ-ı danışıqlara çağırdı
09 İyun 2009 Çərşənbə Axşamı 23:50
HƏMAS rəsmisi: "Obama administrasiyası öz mövqeyini dəyişməlidir"

 

Danışıqlar prosesində HƏMAS-ın iştirakı olmadan ABŞ prezidenti Barak Obamanın sülh təşəbbüsü uğursuzluğa düçar olub. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu bəyanatla HƏMAS-ın siyasi bürosu rəhbərinin müavini Musa Əbu Marzuk çıxış edib.
Marzuk ABŞ-ı islamçılarla birbaşa danışıqlara səsləyib. "Obama administrasiyası öz mövqeyini dəyişməlidir. O bilir ki, HƏMAS-ın iştirakı olmadan onun səyləri uğurla nəticələnməyəcək", - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ HƏMAS-ı terror təşkilatı hesab edir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar