Helikopter avtomobillərin üstünə düşdü
19 Mart 2014 Çərşənbə 02:44
Hadisə yerinə cəlb edilən xilasetmə dəstələri qəzada iki nəfərin cəsədini çıxarıb.
ABŞ-da televiziya kanallarından birinə məxsus helikopterin düşməsi ölümlə nəticələnib.

ANS PRESS-in xəbərinə görə, Sittl şəhərində "Komo TV"-yə məxsus helikopter qalxma zamanı problemlə üzləşib və nəticədə prospektdəki maşınların üzərinə düşüb. Hadisəsə 2 nəfərin öldüyü, bir nəfərin isə yaralandığı bildirilir.

Kanaldan verilən məlumatda helikopterin üzərindən qalxdığı binaya dəyməsindən sonra idarəetmədən çıxdığı və Broud prospektində qəza şəraiti yaratdığı deyilir.

Hadisə yerinə cəlb edilən xilasetmə dəstələri qəzada iki nəfərin cəsədini çıxarıb, bir nəfəri isə ağır yaralı olaraq Harborvyu Medikal xəstəxanasına çatdırıb.

Onu da qeyd edək ki, ölən və yaralananların televiziya əməkdaşları, ya da helikopterin üzərinə düşdüyü maşınlardakı adamlar olub-olmadığı mövzusunda açıqlama verilməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar