Hələbdə bir gündə 128 nəfər öldürülüb
04 Avqust 2012 Şənbə 17:46
Dəməşqdə Fələstin qaçqınlarının olduğu düşərgə atəşə tutulub.
Suriyanin iqtisadi paytaxtı Hələb şəhərində döyüşlər davam etdiyi vaxtda son gün ərzində 128 nəfərin öldüyü bildirilir. Bəşər Əsəd tərəfdarı olan Suriya ordusu Dəməşq, Hama və Hələb başda olmaqla 6 şəhərdə əməliyyatlar həyata keçirib.
Müxalif mənbələrin məlumatına görə, Dəməşqdə yerləşən fələstinlilərdən ibarət qaçqın düşərgəsi Suriya ordusu tərəfindən mühasirəyə alınaraq raket və toplardan atəşə tutulub. Nəticədə 21 fələstinlinin öldürülüb.
DOSTLARINLA PAYLAŞ: