Həkim narkozda olan 52 xəstəsini zorlayıb
27 Noyabr 2010 Şənbə 06:30
Onun barəsində 278 il azadlıqdan məhrum etmə qərarı verilsə də həkim Braziliya qanunvericiliyinə görə ən çox 30 il həbsdə olacaq
Braziliyalı süni mayalanma mütəxəssisi narkozda olan xəstələrini zorlamaqda təqsirli bilinərək 278 il həbsə məhkum olunub. Məlumata görə, ölkədə bir çox məhşurun da həkimi olan 66 yaşlı Rocer Abdelmassih 52 xəstəni zorlayıb, yüzlərlə xəstəyə qarşı isə seksual xarakterli hərəkət edib. Haqqındakı iddiaları qəbul etməyən həkimin bu çirkin əməlini bəzi xəstələr üzərində dəfələrlə icra etdiyi məlum olub.
Hadisə, zorlama hadisəsinə şahid olan həkimin işçilərindən birinin vəziyyəti polisə xəbər verməsi ilə meydana çıxıb və bundan sonra livanlı Abdelmassih həbs olunub. Zərərçəkmişlərin məhkəmədə verdiyi ifadədən məlum olub ki, həkim onları narkozda ikən qarabasma (hallucination) gördüklərinə inandırırmış. Məhkəmə onun barəsində 278 il azadlıqdan məhrum etmə qərarı versə də həkim Braziliya qanunvericiliyinə görə ən çox 30 il həbsdə olacaq.
DOSTLARINLA PAYLAŞ: