Həccdə nəvəmin müsəlmanlığa qayıtması üçün dua etdim
26 Noyabr 2010 Cümə 14:50
ABŞ prezidentinin nənəsi Sara Omar ikinci dəfə Həcc ziyarətinə gedib
ABŞ prezidenti Barak Obamanın nənəsi Həcc ziyarətindən qayıdıb. Barak Obamanın keniyalı nənəsi Sara Omarın Həcc ziyarətinin bütün xərcləri Səudiyyə Ərəbistanı kralı Abdullah tərəfindən qarşılanıb. 88 yaşlı S.Omar ziyarətdən qayıdandan sonra "Suudi El Vatan" qəzetinə müsahibə verib.
Omar ikinci dəfə hacı titulu qazandığı üçün çox xöşbəxt olduğunu bildirib. Ona Həcc ziyarəti zamanı nə duanı etdiyi də soruşulub. Nənə "Nəvəm Obamanın müsəlmanlığa qayıtması üçün dua etdim", deyə cavab verib.
ABŞ prezidentinin nənəsi Məkkəyə onun əmisi Səid Hüseyn Obama və dörd nəvəsi ilə birlikdə gedib. Sara Omar ziyarəti, Səudiyyə hökumətinin qonaqpərvərliyi barədə xeyli danışsa da prezident nəvəsinin siyasi fikirləri barədə sualları cavabsız qoyub.
Qeyd edək ki, Sara Omar Keniyanın Kisuma şəhərindən 50 km aralıda Nyanq ’oma Koqelo adlı kənddə nəvələri ilə birgə yaşayır. O, Luo adlı Afrika dilində danışır və ingilis dilində cəmi bir neçə kəlmə bilir. Omar hətta nəvəsi Barak Obama ilə belə tərcüməçinin köməyi ilə danışır.
DOSTLARINLA PAYLAŞ: