Həcc ziyarəti bu il təxirə salınacaq?
15 May 2009 Cümə 19:15
Misir müftisi "H1N1" virusunun törədəcəyi təhlükələrin qarşısını almaq üçün din adamlarını bu istiqamətdə müştərək fətva verməyə çağırıb

 

"H1N1" virusunun törədəcəyi təhlükələrin qarşısını almaq üçün Həcc ziyarəti bu il təxirə salına bilər. ANS PRESS-in "BBC"yə istinadən yaydığı məlumata görə, Misir müftisi Şeyx Əli Cümə dünyadakı müsəlman din adamlarını bu istiqamətdə müştərək fətva verməyə çağırıb. "Həcc vəzifəsinin hansı şərtlərdə təxirə salınabiləcəyi barədə şəriət hüququnun hansı yolları göstərdiyini açıqlayacaq müştərək bir fətvaya ehtiyacımız var".

Əl-Əzhər şeyxi Muhamməd Tantavi də Dünya Səhiyyə təşkillatının (DST) qlobal epidemiya elan etməsi halında belə bir fətvanın verilə biləcəyini deyib. Şeyx Əli Cümənin müavini İbrahim Nəcm "BBC Ərəb"ə verdiyi açıqlamada bildirib ki, DST xəstəliyin yayılması ilə bağlı həyəcan siqnalı verərsə, Həcc ziyarətinin təxirə salınması gündəmə gələ bilər.

Birləşmiş Ərəb Əmirliklərində isə bəzi din xadimləri indidən müsəlmanlara bir neçə həftə Məkkə şəhərinə getməməyi məsləhət görüb. Din xadimlərindən biri isə müsəlmanlara məsləhət görüb ki, ibadətlərini məscidlərdən çox açıq havada ifa etməyə üstünlük versinlər. Xatırladaq ki, son illər Məkkəyə Həcc ziyarətinə gələn möminlərin sayı 2 milyonu keçib.

Şirəli Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar