Həcc ziyarəti baş tutmaya bilər
25 Noyabr 2009 Çərşənbə 16:45
Həcc ziyarəti baş tutmaya bilər. Buna səbəb, Məkkəyə yağan güclü yağışdır.
Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan və sabah Ərafat dağına çıxmağa hazırlaşan hacılar günə tutqun, buludlu hava ilə başlayıblar. Daha sonra isə güclü yağış yağmağa başlayıb. Səhər saatlarından Məkkəyə yağmağa başlayan yağış sonradan güclənib. Günlərdir isti havada olan zəvvarlar yağışın yağmasına sevinsələr də, ziyarətlə bağlı hər hansı problemin yarana biləcəyindən ehtiyat edirlər.
Yağış Məkkədə nəqliyyatın hərəkətini də çətinləşdirib. Lakin hələlik yağmur ciddi fəsad törətməyib.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə 2 min zəvvar yollanıb. Onlar hazırda Mina çölündədirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar