Ukrayna prezidenti Viktor Yuşşenko hesab edir ki, Ali Radada yaranan vəziyyəti hazırda növbədənkənar seçkilərin keçirilməsi yolu ilə həll etmək mümkünsüzdür. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, o bunu qanuni əsasların olmaması ilə izah edib.
“Mən bu cür addımların atılması üçün heç bir qanuni əsas görmürəm. Hazırda bu yolu getmək üçün konstitusiya imkanlarına malik deyilik”, - deyə prezident əlavə edib. /ANS PRESS/