Havada olan təyyarənin pilotu yatdı
02 Mart 2013 Şənbə 10:09
Hava yolu şirkəti pilotun gecə yaxşı yata bimədiyi üçün təyyarədə yuxuladığını deyib.
Yeni Zellandiya hava yollarına aid təyyarənin pilotu uçuz zamanı yatıb. ANS PRESS-in məlumatına görə, "Air New Zealand" şirkətindən edilən açıqlamaya görə, Londondan Los Ancelesa uçan və göyərtəsində 332 sərnişin olan "Boeing 777-300ER"in pilotu iki dəfə pilot sükanı arxasında yatdığını etiraf edib.
Onun Londonda qaldığı gecə otağındakı kondisionerin işləmədiyi, bir gecədə 3 dəfə otaq dəyişdirdiyi üçün yaxşı yata bilmədiyi bildirilib.
Xoşbəxtlikdən uçuş zamanı 3 pilot olduğu üçün sərnişinlərin həyatı təhlükə altında qalmayıb.
DOSTLARINLA PAYLAŞ: