Hava limanında çaxnaşma salan şəxs həbs olunub
09 Yanvar 2010 Şənbə 18:05
Hava limanında çaxnaşma salan şəxs həbs olunub. O sevgilisi ilə vidalaşmaq üçün təhlükəsizlik zonasına daxil olub.
ABŞ polisi Nyuark aeroportunun təcili olaraq evakuasiya edilməsində günahkar olan 28 yaşlı Xeson Szyanı həbs edib.

Yerli polisin məlumatına görə, onlar qanun pozucusunu yalnız Nyuarkdan 40 kilometr cənubda yaxalaya biliblər. Hazırda ona qarşı aeroportun daxili təhlükəsizlik qaydalarını qəsdən pozduğuna görə, ittiham irəli sürülüb.

Xatırladaq ki, hadisə Liberti hava limanının terminalında baş verib. Xeson Szyan sevgilisi ilə son dəfə vidalaşaraq öpüşmək üçün qanunsuz olaraq hava limanının təhlükəsizlik zonasına daxil olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar