Haşemi Rəfsəncaninin qızı həbsdən azad olunub
22 İyun 2009 Bazar Ertəsi 09:55
46 yaşlı qadın müxalifətin nümayişlərində fəal iştirak etdiyinə görə həbs edilmişdi

 

İyunun 21-də müxalifətin nümayişlərində fəal iştirak etdiyinə görə İranın sabiq prezidenti Haşemi Rəfsəncaninin həbs edilən qızı artıq azadlığa buraxılıb. Bu barədə Gazeta.ru məlumat verib.
Qeyd edək ki, Rəfsəncaninin bazar günü həbs edilən dörd qohumu da artıq azadlığa buraxılıblar.

Xatırladaq ki, H.Rəfsancani İslam İnqilabının “atası” adlandırılan ayatolla Ruhulla Xomeninin yaxın tərəfdarlarından biri olub. 1989-1997-ci illərdə İrana rəhbərlik edib və 2005-ci ildə seçkiləri Mahmud Əhmədinejada uduzub. Çox nüfuzlu vəzifəyə, 86 nəfərdən ibarət Ekspertlər Şurasına rəhbərlik edən edən Rəfsancaninin “praqmatik”lər düşərgəsinə aid olduğu, İslam İnqilabı İdeyaların sadiq, amma İranın daha pozitiv obrazını yaratmaq üçün qərblə kompromisslərə gedə biləcək şəxs olduğu deyilir. Qeyd edək ki, onun rəhbərlik etdiyi orqan ruhani lideri seçir və onu istənilən vaxt vəzifədən götürə bilir. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar