Harri Kasparov Rusiyadan qaçdı
07 İyun 2013 Cümə 08:20
Erməni şahmatçı Harri Kasparov istintaqa çağırılsa da, ölkəni tərk etməyə üstünlük verib.
Şahmatçı və siyasətçi Harri Kasparov Rusiyanı tərk edib. ANS PRESS-in məlumatına görə, o, Facebook səhifəsində yazıb ki, Rusiya Federasiyası İstintaq İdarəsinə çağırılıb. Onun yazdığına görə, istintaq hərəkət azadlığını məhdudlaqdırmaq istəyir.

Harri Kasparovun Birləşmiş Vətəndaş Cəbhəsinin icraçı direktoru İvan Tyutrin isə yazıb ki, şahmatçını bir neçə dəfə istintaqa çağırıblar. Lakin o Rusiyada olmadığı üçün heç bir çağırışa getməyib.

Harri Kasparov onu da yazıb ki, Rusiya vətəndaşı olaraq qalır və dünyanı Rusiya pasportu ilə gəzir: “Rusiya həmişə vətənim olub və bu gün də elədir”.

Kasparovun anası Klara İTAR-TASS-a açıqlamasında bildirib ki, oğlunun sentyabradək qrafiki doludur. Bundan sonra nə baş verəcəyini isə zaman göstərəcək.

Harri Kasparov iyunun 4-də bəyan etmişdi ki, Rusiya hakimiyyətinin təqiblərindən ehtiyat edir və bu səbəbdən Rusiyaya qayıtmaq niyyətində deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar