Hamımız küçə itləriyik
24 Yanvar 2011 Bazar Ertəsi 06:25
İstanbulda küçə heyvanlarına dəstək aksiyası keçirilib.
Türkiyə İstanbul şəhərinin “Taksim” meydanında bir qrup heyvan müdafiəçisi aksiya keçirib. Aksiyaçılar “Hasdal” rehabilitasiya mərkəzində heyvanlara işkəncə edildiyini iddia ediblər. “Qalatasaray” meydanına qədər yürüş keçirən aksiyaçı qrup “Hamımız küçə itləriyik” şüarını səsləndiriblər. Aksiyaçılar adına açıqlama verən aktrisa Tuna Arman heyvanlara qarşı vəhşiliyi qəbul etməyin də cinayət olduğunu vurğulayıb: “Mədəniyyətin paytaxtında baş verən pis rəftarı, mərhəmətsizliyi və vəhşiliyi qəbul etmək cinayətdir”.
Xatırladaq ki, daha əvvəl Türkiyədə öldürülən erməni jurnalist Hırant Dink üçün də bu formatda aksiya keçirilmişdi. Həmin aksiyanın şüarı isə, “Hamımız Hırantıq, hamımız erməniyik” – olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: