“Hamiləsənmi” sualı ingilis qızı bezdirdi
05 Avqust 2011 Cümə 03:48
Kerri Doudsvell axşam yeməyini yeyən kimi onun qarnı doğmağa hazır hamilə qadınlar kimi şişir
İngiltərədə 23 yaşlı subay bir qız qeyri-adi xəstəliyə yaxalanıb. Normal vaxtda arıq qız olan Kerri Doudsvell axşam yeməyini yeyən kimi onun qarnı doğmağa hazır hamilə qadınlar kimi şişir. Bir müddət sonra qarnı normal vəziyyətinə qayıtsa da şişliyin davam etdiyi müddət Kerri üçün əsl kabus olur. Belə ki, qarşısına çıxan insanların ona, “hamiləsənmi?” sualı gənc qızı bezdirib. Axşam yeməyini restoranda və s. yerlərdə yemək isə Kerri Doudsvell üçün xüsusilə çətin olur.

Kerrinin vəziyyətini araşdıran həkimlər bütün allergiya testlərindən mənfi nəticə əldə ediblər. Bəzi ərzaq məhsullarının müəyyən günlərdə yeyilməsini dayandıran həkimlər Kerrinin şişməsinin qarşısını ala bilməyiblər.

Bu vəziyyət qarşısında çox utandığını deyən Kerri artıq “hamiləsənmi” sualına zarafatla “yox o mənim uşağım deyil, axşam yeməyimdir” – deyə cavab verdiyini bildirib.

Bütün paltarlarını bu vəziyyətinə uyğun alan Kerri Doudsvell həkimlərin tezliklə bu xəstəliyin çarə tapmasını gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar