Hamilə qızlar üçün xüsusi məktəb
07 Avqust 2014 Cümə Axşamı 11:18
Cənubi Afrikadakı yeniyetmə hamilə qızlar üçün xüsusi məktəb erkən doğan imkansızlara yadım göstərir.
Cənubi Afrikadakı yeniyetmə hamilə qızlar üçün xüsusi məktəb erkən doğan imkansızlara yadım göstərir.
ANS PRESS-in “VOA”ya istinadla məlumatına görə, ölkədəki qızların 30 faizi 19 yaşna çatmazdan əvvəl hamilə olur. Onlardan yalnız üçdə biri hamilə olduqdan sonra məktəbdə qalır.
Pretoriyanın xəstəxana məktəbi yeniyetmə hamilə qızlara təhsillərini davam etdirmək imkanı verən yeganə təhsil ocağıdır. Hazırda bu məktəbdə 13-lə 19 yaş arasında 100 hamilə qız oxuyur. Onların çoxu ictimai qınaq üzündən əvəllər oxuduqları məktəblərini tərk etməli olub.
Cənubi Afrika qanununa zidd olsa da, bəzi məktəblər hamilə qızları qovur. Belə olduqda isə hamilə qızların çoxu təhsilini yarımçıq qoymalı olur. Hamiləlik yuxarı sinif şagirdlərindən 30 faizinin məktəbi yarımçıq atmasına səbəb olub.
Məktəbin müdiri Rina Van-Nikerk deyir ki, əsas məsələ buradakı hər şagirdi müvafiq təhsil səviyyəsinə çatdırmaq və onları bu səviyyədə saxlamaqdır.
“Bizim məktəbə gələnlər üçün möhlət yoxdur. Bəziləri məktəb ilinin ortasında gəlir. Hər yeni gələn qız o biriləri ilə eyni səviyyəyə çatdırılır. Problemlərimizdən biri də hamilə qızların dərs buraxmasıdır. Hamilə müddətində onlar tez-tez xəstələnirlər.”
1980-ci illərdə təsis edilən bu məktəb Cənubi Afrikada hamilə qızların təhsil aldığı yeganə məktəbdir.
DOSTLARINLA PAYLAŞ: