Hamilə qadın özünü binadan bu cür atdı
12 İyul 2014 Şənbə 16:28
İstanbulda tramvay dayanacağının yanında baş verən partlayışdan qorxan qadın özünü yaşadığı binanın 2-ci mərtəbəsindən atıb.
ANS PRESS-in məlumatına görə, 8 aylıq hamilə olan Ayşə Akıllı adlı qadın binanın ətrafına qurulan təhlükəsizlik çadırlarının üzərinə düşüb. Hadisə yerində olan jurnalist hamilə qadının özünü binadan atmasını kamera vasitəsi ilə çəkib.

Qeyd edək ki, bir neçə saat öncə İstanbulda güclü partlayış olub. Partlayış tramvay dayanacağının yanında yerləşən dükanlardan birində baş verib.

Partlayış dayanacağa yaxın ərazidə baş verdiyinə görə, xeyli sayda adam yaralanıb. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq bilinmir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar