Halonq tropik qasırğası Yaponiyanı viran qoydu
11 Avqust 2014 Bazar Ertəsi 11:39
Halonq tropik qasırğası Yaponiyada dağıntılara səbəb olub. Qasırğa ilə əlaqədar 1 milyondan çox sakin evakuasiya edilib.
"Halonq" tropik qasırğası Yaponiyada dağıntılara səbəb olub. ANS PRESS-in məlumatına görə, leysan yağış və güclü küləklə müşayiət olunan qasırğa 1 nəfərin ölümünə, 1 milyondan çox sakinin də evakuasiya edilməsinə səbəb olub. Əsasən, öz məcrasından çıxan çayların yaxınlığında yerləşən yaşayış məntəqələri boşaldılıb.

"Halonq" qasırğası onlarla insanın da xəsarət almasına səbəb olub. Qasırğa yerüstü və hava nəqliyyatını iflic edib. Turistlərin axın etdiyi Kyoto şəhərində yollar və obyektlər su altında qalıb. Daha çox, Yaponiyanın şimalına ziyan dəyib.

"Halonq" tropik qasırğası paytaxt Tokioda da dağıntılara səbəb olub. Yeni daşqın və torpaq sürüşmələrinin ola biləcəyinə dair xəbərdarlıq edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar