Halal kəsim qadağan edildi
29 İyun 2011 Çərşənbə 12:52
Hollandiyada Halal kəsim qadağan edildi. Bundan sonra Hollandiyada heyvanlar keyləşdirilərək kəsiləcək.
Hollandiya parlamentinin alt qanadı olan Nümayəndələr Palatası və Heyvanlar Partiyasının (PvdD) hazırladığı halal kəsimin qadağan edilməsilə bağlı qanun layihəsi qəbul edilib. Parlamentdə 2 yerlə təmsil olunan Nümayəndələr Palatasının hazırladığı qanun layihəsinə səsvermə zamanı xristian yönlü partiyaların əksəriyyəti dəstək verib.

Qanun layihəsinin leyhinə 116, əleyhinə isə 30 millət vəkili səs verib. Parlamentin yuxarı palatası olan Senatın təsdiqindən sonra qanun qüvvəyə minəcək.

Ölkədə uzun müddətdir müzakirə edilən qanun layihəsi heyvanların elektriklə, yaxud qazla keyləşdirərək kəsilməsini məcbur edir ki, bu da müsəlmanlar və yəhudilər üçün haram sayılır. Əgər qanun Senatda da təsdiqlənərsə, müsəlman və yəhudilər üçün halal ət mövzusunda böyük çətinliklərin yaranması gözlənilir.

Hollandiyada yaşayan 1 milyonda çox müsəlman və təxminən 50 min yəhudinin bu vəziyyətdə halal ət ehtiyaclarını xaricdən gətirilən məhsullarla təmin edəcəyi bildirilir.

Qeyd edək ki, ölkədəki hər iki dinin mənsublarına aid qeyri-hökumət təşkilatları, heyvan haqqlarını müdafiə edən və məclisin ən az üzvə sahib partiyaları bu qanun layihəsinə qarşı uzun zamandır mübarizə aparırdılar. Qeyri-hökumət təşkilatları bu qanuna qarşı imza kampaniyaları keçirir, siyasi partiya nümayəndələrilə görüşərək, qanunun qəbul edilməsinə mane olmağa çalışırdılar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar