Hakimiyyət müxalifəti saymır?
18 Sentyabr 2009 Cümə 15:05
Siyasi partiyalarla müzakirələr aparılmayacaq
“Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Azərbaycan hakimiyyəti ilə ölkənin siyasi partiyaları arasında müzakirələrin aparılmayacaq. Bu məsələ bu gün üçün gündəmdə deyil”. Bu fikri jurnalistlərə bu gün «HYATT Reсensy» otelində keçirilən «Yeni geosiyasi reallıqlar prizmasından Xəzər dənizi regionunda təhlükəsizlik və stabillik» adlı beynəlxalq konfransda Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun sözlərinə görə, bu yöndə mühüm məqamlar olduğu halda məsələ müzakirə obyektinə çevrilə bilər: “Sərhədlərin açılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi öz mövqeyini bildirib. Bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ konfliktinin həllindən əvvəl baş verə bilməz”.

Prezident Administrasiyası rəsmisinin fikrincə, hazırda həm Ermənistanda, həm də Türkiyədə bununla bağlı müzakirələr aparılır: “Ona görə də tələsməyə ehtiyac yoxdur. Prosesləri gözləmək lazımdır”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar