Hakimiyyət müğənni və aktyorlara müharibə elan etdi
10 İyun 2013 Bazar Ertəsi 12:03
Ərdoğan Taksim aksiyalarına qatılan sənətçilərin hörmətə layiq olmadıqlarını deyib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan incəsənət nümayəndələrini hədələdi. ANS PRESS-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, baş nazir Taksim aksiyalarında iştirak edən və aksiyaçıları dəstəkləyən müğənni və aktyorlar barəcə ciddi ölçü götürüləcəyini bildirib.
Ərdoğan Ankarada "Ədalət və İnkişaf" partiyasının üzvləri qarşısında çıxışında dövlətə hörmət etməyən sənət adamlarının hörmətə layiq olmadığını deyib.
Baş nazir, "Bizim partiya hakimiyyətə gələnə qədər siz işsiz idiniz, heç kim sizə pul ayırmırdı. Amma biz gəldikdən sonra maddi vəziyyətiniz düzəldi, tez-tez filmlərdə çəkilməyə başladınız, konsertlər verdiniz. Bu sizin bizə minnətdarlığınızdı? Mən sizə xəbərdarlıq edirəm, bundan sonra belə olmayacaq. Siz öz hökumətinizə hörmət etməlisiz" - deyib.
DOSTLARINLA PAYLAŞ: