"RedHack" bu hərəkəti ilə hər şeyin gizlədilə bilməyəcəyini və heç bir sistemin 100 % qorunmadığını göstərmək istəyib.
"RedHack" adlı tanınmış haker qrupu nazirliklər, təhlükəsizlik və MİT-in "TTNet" qeydlərindəki üzvlük məlumatlarını yayımlayıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, "Redhack" haker qrupu Türkiyədə bəzi telekommunikasiya şirkətlərinin sistemlərinə girərək üzvlərin məlumatlarını və onlara aid qeydiyyat sənədlərini ələ keçirərək internetdə yayımlayıb.
"RedHack" qrupu verdiyi açıqlamada sözügedən telekommunikasiya şirkətlərinin məlumat və sənədləri qoruya bilmədiklərini qeyd edib.
"RedHack" bu hərəkəti ilə hər şeyin gizlədilə bilməyəcəyini və heç bir sistemin 100 % qorunmadığını göstərmək istəyib.
Qeyd edək ki, "RedHack" qrupu Ankaradakı nazirliklərin, Milli Kəşfiyyat idarəsinin üzvlük məlumatlarını paylaşsa da, şəxsi məlumatları yayımlamayıb.