Hakerlər İsrail saytlarına hücum ediblər
10 Oktyabr 2013 Cümə Axşamı 14:29
Hücumlar Benyamin Netanyahunun azanı qadağan edəcəyi barədə bəyanatından sonra edilib.
İsrailin baş naziri Benyamin Netanyahunun ölkəsində azanı qadağan edəcəyi barədə bəyanatından sonra bir qrup haker İsrail saytlarına hücuma keçiblər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kiber hücumçular Netanyahunun seçki vədinə cavab olaraq İsrail saytlarının əsas səhiflərinə girərək ora azan səsləri yerləşdiriblər.
"Ay ulduz" adlı haker qrupu İsrail portallarına azan səsləri ilə yanaşı Türkiyə bayraqlarını yerləşdirib. Qrupun facefook səhifəsində "İsrail, sən kimsən ki, azanları susdurasan?", "Dünyada azan səsləri heç bir zaman kəsilməyəcək, "Susdurmağa da heç kəsin gücü çatmaz" kimi ifadələr yerləşdirilib. Səhifədə həmçinin bildirilib ki, bu cür addımlar gündəlik olaraq davam etdiriləcək və İsrail saytlarına azan səsləri yerləşdiriləcək.
Qeyd edək ki, ölkədəki ərəblər də baş nazir Netanyahunun azanla bağlı qadağa vədindən narazı qaldıqlarını bildiriblər.
DOSTLARINLA PAYLAŞ: