Hakan Ünsalın ailəsində itki üz verib
19 Noyabr 2012 Bazar Ertəsi 03:45
Əfsanəvi futbolçunun qardaşı vəfat edib
Türkiyə milli futbol komandasının və “Qalatasaray” klubunun əfsanəvi futbolçusu Hakan Ünsalın qardaşı Həsən Ünsal vəfat edib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, ürəyindəki narahatlığı səbəbilə əməliyyat olunan Ünsal ağciyərinə virus düşməsi nəticəsində dünyasını dəyişib. Məlumata görə, 46 yaşlı Həsən Ünsal ailəli idi və onun 2 övladı var.

Cənazə mərasimində çox kədərli olan Hakan Ünsal bunun çox böyük acı olduğunu deyib. “Ölüm kimin başına gəlirsə gəlsin, neçə yaşı olursa olsun çox kədərlidir”.

Qeyd edək ki, "Qalatasary" komandasının baş mçəşqçisi Fatih Terim, həyat yoldaşı Fulya Terim, məşqçilər Həsən Şaş, Ümid Davala və "Qalatasaray" klubu hüzür mərasiminə çələng göndərərək baş sağlığı veriblər.

Allah rəhmət eləsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar