Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 200 mini keçib
03 Fevral 2010 Çərşənbə 16:30
Bu rəqəmə təbii fəlakət nəticəsində dağıntılar altında qalanlar və qohumları tərəfindən basdırılanlar aid edilməyib
Haitidə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 200 mini keçib.
Haitinin Baş naziri Kan Maks Belriv dəhşətli zəlzələyə həsr olunmuş iclas zamanı bu rəqəmi açıqlayıb. Jan Maks Belrivin sözlərinə görə, bu rəqəmə təbii fəlakət nəticəsində dağıntılar altında qalanlar və qohumları tərəfindən basdırılanlar aid edilməyib. O, iclasda hakimiyyət strukturunda dəyişikliklərin labüd olduğunu da vurğulayıb.
Onun sözlərinə görə, hazırkı struktur təbii fəlakətin fəsadlarından tez bir zamanda yaxa qurtarmaq üçün effektiv fəaliyyət göstərə bilmir. Jan Maks Belriv mövcud vəziyyətdə Milli böhran komitəsinin yaradılmasının vacibliyini vurğulayıb. O, senatorları və nazirləri tez bir zamanda bu məsələni nəzərdən keçirməyə çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: