Haitidə yeni zəlzələ baş verib
16 Yanvar 2010 Şənbə 02:50
Bu dəfəki yeraltı təkanların gücü 4,6 bal təşkil edib
Haitidə yeni zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bu dəfəki yeraltı təkanların gücü 4,6 bal təşkil edib. Zəlzələnin nəticələri barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən çərşənbə axşamı Haiti sahillərində 7 və 5,9 bal gücündə iki yeraltı təkan baş verib. Çoxlu sayda bina, o cümlədən, Prezident sarayı və BMT sülməramlı missiyasının mənzil-qərargahının, parlament, vergi xidməti, həbsxana, məktəb və xəstəxanaların binaları dağılıb. Zəlzələ nəticəsinə 50 mindən artıq adam ölüb, 250 min nəfər xəsarət alıb. Bu barədə məlumatı Haitinin səhiyyə naziri Aleks Larsen açıqlayıb. Nazirin sözlərinə görə, yeraltı təkanlardan daha çox ziyan görən paytaxt Port-o-Prens şəhərinin 1,5 milyon sakini evsiz-eşiksiz qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar