Haitidə xolera epidemiyası: 135 ölü
22 Oktyabr 2010 Cümə 06:35
Haiti “Həkimlər” dərnəyinin sədri Doktor Klod Surenanın verdiyi məlumata görə, 1500 nəfərdə belə xəstəlik aşkarlanıb.
Haitidə xolera epidemiyası yayılıb. Haiti “Həkimlər” dərnəyinin sədri Doktor Klod Surenanın mətbuata verdiyi məlumata görə, indiyə qədər 1500 nəfərdə belə xəstəlik aşkarlanıb və 135 nəfər epidemiya səbəbilə ölüb. Surena hökumətin bu barədə verəcəyi rəsmi açıqlama verəcəyini gözlədiklərini deyib.
Qeyd edək ki, Haiti Səhiyyə nazirliyinin rəsmisi Qabriel Timote daha əvvəl ölkənin bəzi yerlərində meydana gələn yoluxucu xəstəlik səbəbilə 49 nəfərin öldüyünü, 450 nəfərdən çox insanın xəstəxanalara çatdırıldığını bildirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: