Haitidə xaos və anarxiya yaşanır
17 Yanvar 2010 Bazar 17:50
Paytaxt Port-o-Prensdə vəziyyət idarə edilmir
Haitidə zəlzələdən sonra xaos və anarxiya yaşanır. Haiti sakinlərinin həm mənəvi, həm də fiziki cəhətdən əldən düşdüyü, qida məhsulları əldə etmək üçün zorakılıqlar edildiyi, talançı qrupların gücləndiyi bildirilir. Küçələrdə hər yanda yaralılar və insan meyidləri var.

Paytaxt Port-o-Prensdə vəziyyət idarə edilmir, elektrik enerjisi yoxdur, su və qida məhsulları tapmaq mümkün deyil. Binaların əksəriyyəti dağılıb. Dağıntılar altında qalan insanlara yardım göstərilməsi üçün ən adi texniki vasitələr belə çatışmır. Bir çox ölkələr təbii fəlakət zonasına xilasedicilər göndərsə də, Haitidə insanları xilas etmək üçün əlavə qüvvələrə ehtiyac hələ də var.

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton prezident Barak Obamanın göstərişi ilə Haitiyə qısamüddətli səfər edib. Jurnalistlərin suallarını cavablandıran Hillari Klinton amerikalıların həmişə Haiti sakinlərinin yanında olacağını vəd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar