Haitidə vəba qurbanlarının sayı 3700 nəfəri ötüb
12 Yanvar 2011 Çərşənbə 00:55
Son dörd gündə epidemiya qurbanlarının sayı 108 nəfər artıb.
Haitidə vəba epidemiyasından dnyasını dəyişənlərin sayı 3759 nəfərə satıb. Ölənlərdən 561-i paytaxt Port-o-Prensin də daxil olduğu qərb departamentindəndir. Bu barədə məlumat Haitinin Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

Yanvarın 7-də açıqlanan son məlumatda xəstəlikdən ölənlərin sayı 3 651 nəfər göstərilirdi. Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya başlayancan 181 min 820 nəfərdə xəstəliyin əlamətləri aşkarlanıb və 101 min 500 nəfər xəstəxanaya yerləşdirilib. 99 min xəstə sağalaraq, xəstəxananı tərk edib.

Haitinin şimal-qərbində vəba epidemiyası oktyabrın ortalarında başlayıb. Səhiyyə Nazirliyinin xahişi ilə Haitiyə səfər edən fransalı epidemioloq Reno Pyaru bildirib ki, epidemiya ocağı Nepaldan olan BMT sülhməramlılarının düşərgəsi olub. Fransalı alimin gəldiyi nəticələrlə Haiti sakinlərinin ehtimalları üst-üstə düşüb. Sakinlər də nepallı sülhməramlıları vəbanın yayılmasında günahkar hesab edirlər. Nepal ordusunun komandanlığı isə Reno Pyarunun hesabatını kəskin tənqid edib və bildirib ki, hesabat istisnasız olaraq ehtimallara əsaslanır..

Haitidəki vəziyyəti dekabrın əvvəllərində iri şəhərlərdə başlayan geniş miqyaslı etiraz aksiyaları da çətinləşdirir. Nümayişçilər hakimiyyəti noyabrın 28-də keçirilmiş seçkioərin nəticələrini saxtalaşdırmaqda günahlandırır və nəticələrin etibarsız sayılmasını tələb edir. Nümayişlər zamanı azı dörd nəfər ölüb.

Bundan başqa, Qərb yarımkürəsinin ən yoxsul ölkəsi dağıdıcı zəlzələdən sonra özünə gələ bilmir. Zəlzələ nəticəsində 230 minə yaxın adam ölmüş, təxminən 3 milyon nəfər xəsarət almış, 1 milyondan artıq sakin evsiz qalmışdı. Haiti iqtisadiyyatına böyük ziyan dəyib. İlkin hesalamalara görə, zərər 9 milyard dollar civarında olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar