Haitidə vəba qurbanlarının sayı 1000 nəfəri ötdü
17 Noyabr 2010 Çərşənbə 02:05
Xəstəliyə yolxumuş təxminən 17 min adam xəstəxanalardadır.
Haitidə vəba epidemiyası 1034 nəfərin ölümünə səbəb olub, təxminən 17 min adam xəstəxanadadır. Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri açıqlayıblar. İndiyədək Haitinin 10 departamentində xəstəliyin yayıldığı qeydə alınıbö Beynəlx təşkilatların nümayəndələri hesab edirlər ki, epidemiyanın yayılmasının qarşısını almaq üçün səylər göstərilsə də, xəstəliyə yoluxanların və tələfatın sayı artacaq. Üstəlik, dağıdılıcı zəlzələdən sonra 1,3 milyondan artıq adam paytaxt Port-o-Prensdə çadır şəhərciklərində yaşayır və bu, epidemioloji vəziyyətin nəzarətdə saxlanmasına mane olur.
Daha bir həyəcanlı məlumat isə həbsxanalardan gəlib. Məlum olub ki, Haitinin mərkəzin regionundakı cəzaçəkmək müəssisələrində vəba yayılıb və 9 məhkum dünyasını dəyişib. Haitidə məhkumlar çox ağır şəraitdə yaşayırlar: kameralarda hər bir məhkuma bir kvadrat metrdən də az yer düşür. Belə şəraitdə epidemiya daha sürətlə yayıla bilər.
Oldunca gərgin vəziyyətə baxmayaraq, Haiti hakimiyyəti noyabrın 28-nə təyin edilmiş parlament və prezident seçkilərinin keçirilməsindən imtina etmək niyyətində deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: