Haitidə ölənlərin sayı 230 min nəfərə çatıb
10 Fevral 2010 Çərşənbə 04:05
Hökumət tələfatın sayının arta biləcəyini istisna etmir
Haitidə yanvarın ortalarında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 230 min nəfərə çatıb. Məlumatı ada dövlətinin höküuməti yayıb.
Haitinin rabitə naziri Mari-Lourens Jselin Lasseqanın sözlərinə görə, 230 min nəfər dəqiqləşdirilməmiş və yekun rəqəm deyil. Belə ki, özəl dəfn büroları və ya qohumları tərəfindən ayrı-ayrı qəbiristanlıqlarda dəfn olunanların qeydiyyatı aparılmayıb.
Xatırladaq ki, yanvarın 12-də Haitidə 7 və 5,9 bal gücündə yeraltı təkanlar baş verib. Təbii fəlakətlən təxminən 3 milyon adam zərər çəkib, 250 min ev dağılıb. Zəlzələ nəticəsində ölənlərin sayı 2004-cü ildə Asiyadakı sunami zamanı ölənlərin sayına çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: