Haitidə ölənlərin sayı 1400 nəfəri ötdü
24 Noyabr 2010 Çərşənbə 02:30
Həkimlər vəbaya yoluxanların sayının 200 mindən çox olacağından ehtiyatlanırlar
Haitidə vəba epidemiyası qurbanlarının sayı 1415 nəfərə çatıb. Ölənlərdən 95-i paytaxt Port-o-Prensin sakinləridir. Bu barədə məlumat ölkənin Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

Nazirliyin məlumatına görə, epidemiya başlayandan indiyədək xəstəliyin əlamətləri 60 min 240 nəfərdə müşahidə edilib. Onlardan 25 min 200 nəfəri xəstəxanalara yerləşdirilib. Təxminən 24 min 300 xəstə artıq xəstəxanalardan buraxılıblar. Ölkə ərazisində 36 züsusi müalicə mərkəzləri yaradılıb. Həkimlər ehtiyatlanırlar ki, əgər BMT ölkəyə xəstəliklə mübarizə üçün 164 milyon dollar ayarmasa, 200 mindən artıq haitili vəbaya yoluxa bilər. Hələlik Haitiyə 6,8 milyon dollarlıq yardım edilib.

Epidemiyaya baxmayaraq, bazar günü Haitidə seçkilər keçirilməlidir. Seçicilər ölkə prezidentini, parlamentin 99 üzvünü və 11 senatoru seçməlidirlər. Səsvermə zamanı asayişi 12 mindən artıq BMT sülhməramlısı qoruyacaq. Avropa Birliyi seçkilərin keçirilməsi üçün 5 milyon avro ayırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar