Haitidə güclü zəlzələ: xəstəxana binası uçub
13 Yanvar 2010 Çərşənbə 02:50
Tələfat barədə məlumat olmasa da, ekspertlər mümkün ağır nəticələr barədə proqnozlar verirlər
Haiti ərazisində güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, eraltı təkanların episentri ada dövlətinin paytaxtı Port-o-Prensin yaxınlığındakı Karrefur şəhərinin 10 kilometrliyində qeydə alınıb.
Seysmoloqlar zəlzələnin 7-7,3 bal gücündə olduğunu bildirirlər. İlk yeraltı təkanlardan bir qədər sonra 5,9 və 5,5 bal gücündə daha iki zəlzələ baş verib.
Hadisələrin mərkəzində olan əcnəbi jurnalistlərin sözlərinə görə, zəlzələ nəticəsində yerli xəstəxananın binası uçub. Tələfat barədə məlumat yoxdur. Lakin ekspertlər hesab edirlər ki, bu qədər güclü zəlzələ bölgə üçün ağır nəticələr verə bilər.
Zəlzələ ilə əlaqədar sunami təhlükəsi elan edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: