Haitiinin cənubunda avtobus aşıb. ANS PRESS, “Frans Press” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində azı 11 nəfər ölüb, 40 adam xəsarət alıb.
Yerli polisin komissarı Ryer-Nonşam Baozil bildirib ki, Pti-Hoav şəhəri istiqamətində hərəkət edən avtobus təpədən enərkən onun hissələrindən biri qopub. Bundan sonra avtobus aşıb və aşağı sürüşüb.
Xəsarət alanların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. /ANS PRESS/