Gürcüstanla Rusiya arasında yeni siyasi qalmaqal
20 Dekabr 2009 Bazar 10:45
Kutaisidə ikinci dünya müharibəsinin xatirəsinə qoyulan abidə dağıdılıb, 2 nəfər ölüb
Gürcüstanda bir qadın və onun 8 yaşlı qızı 2-ci dünya müharibəsinin şərəfinə qoyulan abidənin dağıdılması nəticəsində həlak olub. Verilən məlumata görə, abidə yeni parlament binasının tikilməsi üçün özəl şirkət tərəfindən partladılıb.
Təhlükəsizlik tədbirlərinə riayət olunmaması abidə yaxınlığında duran iki nəfərin ölümünə və iki nəfərin yaralanmasına səbəb olub.
Gürcüstanın baş prokuroru Murtaz Zodelava bildirib ki, Kutaisidə baş verən bu hadisə təhlükəsizlik qaydalarına əməl olunmamasından irəli gəlir.
Qeyd edək ki, bu bədbəxt hadisə müəyyən fikir ayrılıqlarının yaranmasına səbəb olub və Gürcüstan və Rusiyanın siyasi müxalifəti tərəfindən kəskin etirazla qarşılanıb. Rusiya müxalifət nümayəndələri bildiriblər ki, abidənin dağıdılması ikinci dünya müharibəsində iştirak etmiş gürcüstanlılıara hörmətsizlikdi.
Hadisə ilə əlaqədar cinayət işi açılıb. ANSPRESS
Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar Gürcüstan prezidenti Mixail Saakaşvili Danimarkaya olan səfərini təxirə salaraq təcili Tiflisə qayıdıb.
DOSTLARINLA PAYLAŞ: