Gürcüstanın yeni rəhbərliyindən şok siyasi qərar
17 Yanvar 2013 Cümə Axşamı 10:32
Rəsmi Tiflis ancaq Avropa Birliyi və NATO-nu arzulayır.
Gürcüstanın daxil olmağa çalışdığı və planlaşdırdığı yeganə siyasi qurum Avropa Birliyidir. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Gürcüstan xarici işlər naziri Maya Pancikidze Praqaya səfəri ərəfəsində verib.
Maya Pancikidze hərbi-siyasi sahədə isə ölkəsinin NATO-ya üzv olacağına ümid etdiyini bildirib: "Bizi digər təşkilatlar maraqlandırmır".
Bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən mətbuat konfrasında Gürcüstanın MDB-yə qaytımaq fikrinin olmadığını demişdi. Lakin o, yaxın günlərdə Tiflisə səfər edəcəyini və məsələnin rəhbərlik ilə müzakirə olunacağını da əlavə etmişdi.
Xatırladaq ki, Gürcüstan MDB-dən 2008-ci ildə Rusiya ilə müharibə apardıqdan sonra çıxıb.
DOSTLARINLA PAYLAŞ: