Gürcüstanın yeni hökumətindən vətəndaşlara sürpriz
02 İyul 2012 Bazar Ertəsi 21:31
Qonşu ölkədə hər bir ailəyə 1000 lari pul veriləcək.
Gürcüstan hökuməti hər bir ailəyə 1000 lari (1 dollar=1,64 lari) ayıracaq. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün ictimaiyyətlə görüş zamanı ölkənin yeni baş naziri Vano Merabişvili deyib. Onun sözlərinə görə, bu pul 4 il ərzində veriləcək və hər bir ailə istədiyi kimi ondan istifadə edə biləcək.
“Bu pullarla onlar kommunal xidmətləri ödəyə, dərman ala biləcək və s.”, - deyə baş nazir vurğulayıb.
V.Merabişvili qeyd edib ki, bütün ölkəni gəzəcək və əhalinin problemləri ilə yerlərdə tanış olacaq.
DOSTLARINLA PAYLAŞ: