Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze İrəvandadır
04 Oktyabr 2010 Bazar Ertəsi 10:30
Qriqol Vaşadzenin Serj Sarkisyan və Edvard Nalbandyanla görüşü nəzərdə tutulub.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Ermənistanda səfərdədir. İki günlük səfər zamanı Qriqol Vaşadzenin İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri nəzərdə tutulub.
Tərəflər ikitərəfli əlaqələri müzakirə edəcəklər. Gürcüstanlı nazirin İrəvana səfəri ilə bağlı razılıq sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Qriqol Vaşadze və Edvard Nalbandyanın görüşündə əldə edilib. Edvard Nalbandyan sonuncu dəfə Gürcüstana bu ilin iyununda, Qriqol Vaşadze isə Ermənistana ötən ilin sentyabrında səfər edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: