Gürcüstanın MDB-yə qayıtmayacaq
29 Yanvar 2013 Çərşənbə Axşamı 23:14
Rəsmi Tiflis Rusiya mətbuatında yayılmış məlumatlara reaksiya verib.
Gürcüstanın MDB-yə dönüşündən söhbət gedə bilməz. Məsələ ilə bağlı Rusiya tərəfi ilə hər hansı müzakirələr olmayıb. Bu sözləri İPN agentliyinə açıqlamasında Gürcüstanın xarici işlər nazirinin müavini David Zalkaliani deyib. Bəzi Rusiya KİV-lərində yayılmış məlumatların yanlış olduğunu deyən diplomat qeyd edib ki, ölkəsinin xarici siyasət kursu artıq müəyyən olunub.
“Gürcü xalqının seçimi Avropaya inteqrasiyadır”, -deyə o vurğulayıb.
Xatırladaq ki, bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mixail Yevdokimov Tiflislə Gürcüstanın MDB-yə dönüşü ilə bağlı danışıqların başlanıldığını bəyan etmişdi.
DOSTLARINLA PAYLAŞ: