Bu gün Gürcüstan parlamenti “MDB-nin parlamentlərarası assambleyası haqqında” yekdilliklə iki qərar qəbul edib. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, ölkənin Birlikdən çıxması prosesi hüquqi olaraq başa çatıb.
Ölkənin ali qanunverici orqanı iki aylıq fasilədən sonra bu gün plenar iclas keçirib.
Xatırladaq ki, ölkənin MDB-dən çıxdığını ötən il 12 avqust tarixində Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiyada baş verən münaqişə ilə əlaqədar bəyan edib. Eyni zamanda Gürcüstan parlamenti avqustun 14-də dövlət başçısının qərarını dəstəkləyib. /ANS PRESS/