Gürcüstanın keçmiş DİN rəhbəri saxlanılıb
07 Noyabr 2012 Çərşənbə 13:06
Baço Axalaya vəzifəsindən sui-istifadə etməkdə günahlandırılır.
Gürcüstanın keçmiş müdafiə naziri, daxili işlər naziri Baço Axalaya saxlanılıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, dünən Gürcüstan Baş prokurorluğunda ifadə verən sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

"İnterfax" isə yazır ki, nazirin vəkili David Dekanoidze jurnalistlərə açıqlamasında bu iddianın absurd olduğunu deyib.
"Məsələn, Axalayanı vəzifəsində olduğu müddətdə bir neçə əməkdaşını öz ifadələri ilə təhqir etməkdə günahlandırırlar. Hələlik rəsmi ittiham irəli sürülməyib, bunun üçün prokurorluğun 48 saat vaxtı var".

Bir müddət öncə verilən məlumatlarda deyilirdi ki, Axalaya Gürcüstanda oktyabrın 1-də yekunlaşan parlament seçkilərindən dərhal sonra ölkəni tərk edib. Bu yaxınlarda isə geri qayıdaraq jurnalistlərə açıqlamasında geri döndüyünü və heç bir günahının olmadığını söyləmişdi.

Xatırladaq ki, Baço Axalaya iyul ayında sentyabra kimi Gürcüstanın DİN-nin rəhbəri olub. 2009-cu ildə kimi isə müdafiə naziri olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar