Gürcüstanın “Eurovision 2012” təmsilçisi səfir oldu
07 Aprel 2012 Şənbə 21:30
Anri Joxadze nəqliyyatın təhlükəsizliyi üzrə səfir təyin olunub.
Gürcüstanın “Eurovision 2012” təmsilçisi Anri Joxadze nəqliyyatın təhlükəsizliyi üzrə səfir təyin olunub. ANS PRESS-in “Eurovision.az” saytına istinadən verdiyi məlumata görə, bundan əvvəl “Eurovision” Mahnı Müsabiqəsi 2011-in qalibi Nigar Camal BMT-nin Yol Təhlükəsizliyinin 10 illiyinin, təhlükəsizlik və nəqliyyatın sabitliyi uğrunda Şərq Alyansının səfiri seçilmişdi.

Qeyd edək ki, Anri "Bakı Kristal Zalı"nda mayın 24-də keçiriləcək ikinci yarımfinalda "İ am a Joker" adlı mahnını ifa edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar