Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri istefa verib
01 Sentyabr 2010 Çərşənbə 10:20
Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili istefaya gedib.
“APA-ECONOMICS”in Gürcüstan mətbuatına istinadən xəbərinə görə, buna səbəb 2008-ci ilin yanvar ayından nazir postunu tutan A.Kvitaşvilinin Tbilisi Dövlət Universitetinə rektor seçilməsidir.
Universitetin Akademik Şurası nazirin bu vəzifəyə seçilməsinə səs verib. Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin yeni rəhbəri isə nazir müavini Andria Uruşadze olacaq. APA
DOSTLARINLA PAYLAŞ: