Gürcüstanın birinci prezidentinin sirli ölümünün üstü açıldı
24 Yanvar 2011 Bazar Ertəsi 16:50
Zviad Qamsaxurdiyanın oğlu müvafiq bəyanatla çıxış edib.
Gürcüstan parlamentinin ölkənin birinci prezidenti Zviad Qamsaxurdiyanın ölümünün səbəblərinin araşdırılması üzrə komissiyası sabiq dövlət başçısının qətlə yetirildiyi qənaətinə gəlib. ANS PRESS-in məlumatına görə, bu bəyanatla komissiya sədri, Z.Qamsaxurdiyanın birinci nigahdan olan oğlu, qanunverici orqanda müxalifət fraksiyasını təmsil edən Konstantin Qamsaxurdiya çıxış edib.

Deputatın bildirdiyinə görə, uzun sürən araşdırmalar zamanı əldə olunan məlumatlar prezidentin bu günə qədər hesab olunduğu kimi intihar etməsi yox, məhz qətlə yetirilməsinə dair yeganə qərar qəbul etməyə imkan verir. K.Qamsaxurdiyanın verdiyi məlumata görə, komissiya araşdırmanın nəticələrini fevralın 24-də təqdim edəcək.

Xatırladaq ki, Zviad Qamsaxurdiya 1993-cu il 31 dekabr tarixində Gürcüstanın o zamankı baş naziri və bir neçə yaxın şəxslərlə hüquq-mühafizə orqanlarından gizləndiyi Sameqrelo əyalətinin kəndlərindən birində həlak olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar