Gürcüstanın baş naziri Nika Gilauri türkiyəli həmkarı ilə görüşəcək
29 Sentyabr 2010 Çərşənbə 17:50
Nika Gilauri İstanbulda rəsmi səfərdədir.
Gürcüstanın baş naziri Nika Gilauri bu gün Türkiyədə bir sıra rəsmi görüşlər keçirəcək. Nika Gilauri və nümayəndə heyətinin digər üzvləri Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Gürcüstan nümayəndə heyətinin üzvləri İstanbulda keçirilən Energetika və iqtisadi forumun işində iştirak edəcək.

Həmçinin Gürcüstan və Türkiyə iş adamları arasında iqtisadi və ticarət əlaqələrin nəzərdən keçirilməsi planlaşdırılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar