Gürcüstanın baş naziri evləndi
04 Yanvar 2010 Bazar Ertəsi 22:50
Gürcüstanın baş naziri Nika Gilauri subaylığın daşını atmaq qərarına gəlib
Gürcüstanın baş naziri Nika Gilauri evlənib. Bu barədə məlumat nazirin yaxınları tərəfindən yayılıb. Məlumata görə, Nika Gilauri “Miss Gürcüstan-2004” gözəllik müsabiqəsinin iştirakçısı, 25 yaşlı Marina Şamuqiya ilə ailə həyatı qurub.

M.Şamuqiyanın müsabiqədə ilk onluğa belə daxil ola bilmədiyi söyləinilir.

Cütlüyün toy mərasimi sadə keçib. Hazırda onlar "Bal ayı"na getməyi planlaşdırır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar