Bu gecə Gürcüstan prezidenti Mixail Saakaşvilinin iqamətgahı yaxınlığında üç müxalifət tərəfdarı döyülüb. Bu barədə məlumatı «İnterfaks» agentliyi yayıb. Zərərçəkənlərdən biri Qizo Sartaniyanın sözlərinə görə, hücum «Avlabar» metrostansiyasının yaxınlığında, onlar Rustaveli prospektinə gedərkən baş verib. Belə ki, qarşılarını kəsən maşınlardan düşən silahlı şəxslər onları yerə yıxaraq, ayaqla döyməyə başlayıblar. Digər yaralı Hamlet Hulordava isə hücum edənlərin Daxili İşlər Nazirliyinin əməkdaşları olduğunu və onları tanıya biləcəyini deyib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hələlik nazirlik baş vermiş hadisə ilə bağlı rəsmi şərh verməyib.
Xatırladaq ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin istefası ilə keçirilən mitinqlər aprelin 9-da başlayıb. Etiraz aksiyalarında Gürcüstanın demək olar ki, bütün müxalifət partiyaları və hərəkatları iştirak edir. /ANS PRESS/