Gürcüstandakı məsçidlər niyə qeydiyyata alınmır?
18 May 2011 Çərşənbə 21:37
Kamran Ramazanlı: “Gürcülər məsçidlərimizi qeydiyyata almaq əvəzinə, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin işinə problemlər yaradır”
Bu gün Gürcüstanda 61 məsçidimiz fəaliyyət göstərir, amma onlardan birini də qeydiyyata almırlar. Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlının sözlərinə görə, məsçidlərimizi qeydiyyata almaq əvəzinə, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin işinə problemlər yaradılır. Bu isə anormal bir haldır.
Bu günə kimi Gürcüstanda yaşayan müsəlmanlar Qafqaz Müsəlmanları İdarəsinə tabe olublar. Amma Gürcüstan hökumətinin yerli müsəlmanların idarəçiliyini həyata keçirmək üçün yeni qurum yaratması bu ölkədə yaşayan müsəlmanların etirazına səbəb olub.
Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlının sözlərinə görə, Gürcüstanda 1 milyona yaxın müsəlman yaşayır ki, onlardan da 500 mini azərbaycanlıdır: “Gürcüstan hökumətinin bu addımı isə bu insanların hüquqlarının pozulması kimi qiymətləndirilir”.
DOSTLARINLA PAYLAŞ: