Gürcüstanda zelzele olub
28 Aprel 2013 Bazar 14:56
Təkanlar Qərbi Gürcüstanda Raça regionunda qeydə alınıb.
Dünən axşam Gürcüstanda zəlzələ olub. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, təkanlar Qərbi Gürcüstanda Raça regionunda qeydə alınıb.
Gürcüstan Seysmoloji İnstitutunun verdiyi məlumata görə, zəlzələ 3,3 bal gücündə olub. Zəlzələ əsasən Raçanın Oni şəhərində hiss olunub. Təkanların episentri 4 km dərinlikdə Oni şəhərindən 12 km cənub-şərqdə qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: