Gürcüstanda zəlzələ olub
08 Dekabr 2011 Cümə Axşamı 11:29
Gürcüstanda zəlzələ olub. Zəlzələ 2,7 bal gücündə qeydə alınıb.
Gürcüstanda zəlzələ olub. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin qərbində Raça regionunun Oni şəhəri yaxınlığında 2,7 bal gücündə zəlzələ ba. verib.

Təbii hadisə haqda xəbəri İlii Dövlət universiteti yanında yeri öyrənmə elmləri institutunun nümayəndəsi də təsdiq edib. Onun sözlərinə görə, zəlzələ Tiflis vaxtı ilə saat 16.13 radələrində baş verib. Yeraltı təkanlar zəif olub və ətrafa heç bir ziyan vurmayıb.

Qeyd edək ki, Raça Gürcüstanın ən aktiv seysmik zonası hesab edilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar