Gürcüstanın qərbində içərisində yeniyetmələr olan avtobus, 40 metrlik hündürlükdən uçuruma düşüb. ANS PRESS, RBK informasiya agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki yeniyetmə həlak olub, 16 nəfər isə xəsarət alıb. Bunu jurnalistləri Tkibuli rayon administrasiyasının başçısı Levan Doxnadze deyib.
İçərisində 26 yeniyetmənin olduğu avtobus yay idman düşərgəsinə gedirmiş. Qəzanın baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb. Xəsarət lanların hamısı xəstəxanalara aparılıb. Qəzanın səbəbləri ilə bağlı heç bir məlumat verilmir və araşdırmalar aparılır. İlkin versiyaya görə, insidentə avtobusdakı texniki nasazlıq səbəb ola bilərdi. /ANS PRESS/